Blatterin Bakı tviti
23 sentyabr 2012 15:09 (UTC +04:00)

Blatterin Bakı tviti

FİFA prezidenti Yozef Blatter Azərbaycanda start götürən 17 yaşadək qızlardan ibarət yığmalar (U-17) arasında dünya çempionatı ilə bağlı twitter sosial şəbəkəsindəki səhifəsində fikirlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ötən gün Tofiq Bəhramov adına Respublika Stadionunda açılış mərasimində iştirak edən Blatter təşkilatı işlərdən məmnunluğunu ifadə edərək, çox razı qaldığını bildirib:

“Cennifer Lopes və sirk ustalarının əsrarəngiz ifası ilə U-17 qadınlararası dünya çempionatının möhtəşəm açılışı oldu. Ev sahibini təbrik edirəm. Bu gün Bakıdakı üç dünya çempionatının oyununda coşqun azarkeşlərin mükəmməl dəstəyi var. Bu, regiondakı ilk FİFA qadın futbol turniri üçün misli görünməmiş bir şeydir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767

Oxşar yazılar