Azad Rəhimov: “Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunacaq”
Gənclər və idman naziri Azad Rəhimov jurnalistlər üçün brifinq keçirib. Nazir Lent.az-ın da suallarını cavablandırıb:
- 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda təşkili ölkəmizə nə verə bilər?
- Biz bütün dünyada çox populyar olan qadın futbolunun Azərbaycanda inkişafını gözləyirik. Ölkəmizdə müxtəlif növlər üzrə keçirilən dünya və Avropa çempionatları, digər nüfuzlu yarışlardan sonra həmin növlərin Azərbaycanda da inkişafını, kütləviləşdiyini görürük. Xatırlayıram ki, 2005-ci ildə Azərbaycanda bədii gimnastika üzrə dünya çempionatı keçirildikdən sonra valideynlər uşaqlarını gimnastika məktəblərinə qoymaq üçün növbəyə yazılırdılar. Bu, onu göstərir ki, xalq üçün maraqlı olan belə yarışlar həmin növün inkişafına kömək edir.
- İş qrafikinizi nəzərə alaraq, futbolçu qızlar arasında dünya çempionatının oyunlarını nə dərəcədə izləyə biləcəksiniz?
- Çox şadam ki, bizim nazirlik Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındadır. İmkanım olduqca, dünya çempionatının oyunlarını izləyəcəyəm. Təəssüf ki, sabah Rusiyanın Sankt-Peterburq şəhərində başlanacaq Avropanın gənclər sahəsinə aid nazirlərinin yığıncağına qatılacağam. Amma sentyabrın 27-dən sonra oyunları tamaşaçı qismində izləyəcəyəm.
- FİFA prezidenti Yozef Blatter dünyada danışılmış oyunlara qarşı mübarizənin vacibliyini bildirib. Bu baxımdan, Azərbaycan Premyer Liqasına idman mərc oyunları operatoru olan Topazın titul sponsorluğuna münasibətiniz necədir?
- Dövlət tərəfindən bu məsələyə nəzarət edən qurum kimi ilk gündən işimizi elə qurmuşuq ki, Azərbaycanda danışılmış oyunlar heç vaxt olmasın. Mən həqiqətən də inanıram ki, belə hallar olmayacaq. Bir məsələni də qeyd etmək istərdim: Həm bu gün Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının toplantısında FİFA prezidenti Yozef Blatter, həm də ötən gün Kiprdə Avropa idman nazirlərinin toplantısında danışılmış oyunlarla əlaqədar məsələ qaldırıldı. Amma xatırlayırsınızsa, ilk dəfə bu məsələyə 2010-cu ildə Azərbaycanda Avropa Şurasının idmana məsul nazirlərinin yığıncağında baxılmışdı. Həmin toplantıya mütəxəssislər də dəvət olunmuşdular. Onlar maraqlı mühazirələr də oxumuşdular. Sözsüz ki, danışılmış oyunların Azərbaycanda olmaması üçün bütün dünya təcrübəsindən və nəzarət sistemindən istifadə edəcəyik.
- Bu yaxınlarda bir sıra idman növlərində dəyişikliklərin baş verəcəyini söyləmişdiniz. Xüsusən, cüdodakı mümkün dəyişikliklərdən danışmışdınız...
- Bununla bağlı Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi ilə bir neçə görüşümüz, söhbətimiz olub. Çox istərdim ki, nazirlik federasiyalarla birgə işləsin. Bizim dünyanın müxtəlif ölkələrinə çıxışımız, konfranslarda görüşlərimiz olur. Yəni, birgə iş aparılmalıdır. Mən çox şadam ki, məhz Cüdo Federasiyası ilə çox sıx əlaqələrimiz var. Bütün məsələlər üzərində birgə düşünürük. 2012-ci il London Yay Olimpiya Oyunları bizə göstərdi ki, idmançılarımız həqiqətən də çox güclüdürlər. Başqa sözlə, gözəl materialımız var. Amma qaydalardakı dəyişikliklərə uşaqlar hazır deyildilər. Məncə, bu da sırf məşqçilərlə bağlıdır. Məşqçilər heyəti daha ciddi işləməli, yeni fəndlərə, idmançıların fiziki hazırlıqlarına fikir verməlidirlər. Bunları nəzərə alaraq, hesab edirəm ki, ola bilsin, Cüdo Federasiyası tərəfindən yaxın günlərdə xarici mütəxəssislər dəvət olunacaq. Hazırda danışıqlar aparılır. Müqavilənin imzalandığını eşitməmişəm, bütün məsələlər həllini tapacaq.
- Həmin mütəxəssislər hansı vəzifəyə təyin olunacaqlar və hansı ölkələrdəndirlər?
- Avstriyalı mütəxəssislə danışıqlar aparılır. Eyni zamanda, İtaliya, Fransa, Rumıniyada güclü cüdo məktəbi var. Məncə, bu barədə federasiyanın özü tərəfindən açıqlama veriləcək. Əcnəbi mütəxəssis baş məşqçi vəzifəsinə təyin olunacaq.
- FİFA prezidenti Yozef Blatter Azərbaycanın digər nüfuzlu futbol yarışları keçirməkdə də maraqlı olduğunu bildirdi. Ölkəmiz daha hansı mötəbər turnirlər təşkil etmək niyyətindədir?
- Biz gələcəkdə də futbol üzrə müxtəlif nüfuzlu yarışlar keçirmək niyyətindəyik. Yəqin ki, böyüklər arasında dünya çempionatına Azərbaycan hələ hazır deyil. Hazır olsa belə, tezliklə bu, mümkün deyil. Çünki 2022-ci ilədək mundialların harada keçiriləcəyi artıq məlumdur. Amma müxtəlif yaş qrupları arasında dünya çempionatları da maraqlı və baxımlıdır. 20 illik müstəqillik tarixinə malik gənc ölkə üçün gənc və yeniyetmələr arasında futbolun inkişafı çox vacibdir. Bu səbəbdən, belə çempionatları keçirməliyik. Lakin hələ nə AFFA, nə də FİFA konkret qərar verməyib və bu barədə danışıqlar da aparılmayıb.
Elşən MƏMMƏDOV

1559