Topaz Premyer Liqası: “Simurq” lider, “Xəzər Lənkəran” yenə məğlub oldu
Lent.az-ın məlumatına görə, matç “Simurq”un qələbəsi ilə yekunlaşıb – 2:0.
Futzal üzrə FİFA referisi Elçin Məmmədovun idarə etdiyi qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Zaqatala komandasının yeni transferi Martsin Burhardtın uzaq məsafədən zərbəsini “Xəzər Lənkəran”ın gənc qapıçısı Orxan Sadıqlı dəf edə bilməyib. Növbəti qol isə 49-cu dəqiqədə vurulub. Stepan Polyak cinah ötürməsini layiqincə dəyərləndirib.
Bununla da “Xəzər Lənkəran” ardıcıl 2-ci oyununda məğlubiyyətlə üzləşib. Baş məşqçi Yunis Hüseynovun komandası 5 xalla 8-ci pillədə qalıb. “Simurq” isə xallarını 11-ə çatdırıb və liderliyə yüksəlib.
Qeyd edək ki, Lənkəran şəhər mərkəzi stadionu 17 yaşadək qızlar arasında dünya çempionatı iştirakçılarının sərəncamında olduğundan, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Elşən MƏMMƏDOV

1459