Milli komandanın məşqçisi idmançısını zorlayıb - FOTO
20 sentyabr 2012 11:20 (UTC +04:00)

Milli komandanın məşqçisi idmançısını zorlayıb - FOTO

Türkiyənin atletika üzrə milli komandasının məşqçisi Nihat Y. 17 yaşlı yetirməsi olan qız idmançı M.Ş.-ni 3 ildir zorladığı üçün həbs olunub. Lent.az-ın məlumatına görə, eyni zamanda Antalya bölgəsi üzrə atletika şöbəsinin rəhbəri olan Nihat Y. 2 uşaq atasıdır.

Olay hazırda universitet tələbəsi olan M.Ş.-nin başına gələnləri bir dostuna danışması ilə üzə çıxıb. Dostu vəziyyəti digər məşqçilərə söyləyib. Məşqçilər isə polisi məlumatlandırdıqdan sonra araşdırmalara başlanılıb.

M.Ş. istintaqa ifadəsində bunları deyib: “Bir gün məşq əsnasında zədələndim. Nihat Y. məni masaj etmək üçün boş otağa apardı. Ağrıkəsici iynə vurduqdan sonra belimi masaj etdi. Bu zaman məni öpmək istədi, ancaq ağlayaraq otaqdan qaçdım. Qorxduğum üçün olayı heç kimə demədim. İdmandan getmək istədim. Ailəm məşqlərə getməməyinin səbəbini soruşduqda, məsələnin üzə çıxacağından qorxaraq, davam etməyə qərar verdim”.

Bir müddət sonra məşqçisi yenidən iynə vurmaq bəhanəsi ilə onu boş otağa aparıb. Orada Nihat Y. M.Ş.-ni zorlayıb: “Məşqçim otaqda məni zorladı. Şəhərdən kənarda keçirilən ölkə çempionatına getdiyimiz vaxt otel otağında yenə təcavüz etdi. Məni hədələdi ki, baş verənləri heç kimə deməyim. Qorxduğumdan heç kimə bir söz demədim”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523

Oxşar yazılar