İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü
20 sentyabr 2012 02:12 (UTC +04:00)

İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü

0
Lent.az-ın «Qol.Az»-a istinadən məlumatına görə, isveçli oyunçu Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə oyunda vurduğu qolla adını ÇL-in tarixinə yazdırıb.
Oyunun 19-cu dəqiqəsində penaltidən hesabı açan İbrahimoviç Çempionlar Liqasında 6 fərqli komandanın heyətində qol vuran ilk futbolçu olub. 30 yaşlı futbolçu daha öncə "Ayaks", "Yuventus", "İnter", "Barselona" və "Milan"ın heyətində fərqlənmişdi.
Qeyd edək ki, PSJ - "Dinamo" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1439

Oxşar yazılar