Azərbaycan Premyer Liqası: Təxirə salınmış oyunun hakimləri açıqlandı
19 sentyabr 2012 14:16 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: Təxirə salınmış oyunun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" oyununa təyinatlar açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də baş tutacaq matçı futzal üzrə FİFA referisi Elçin Məmmədov idarə edəcək.

Ona Rahil Ramazanov və Elşən Acalov yan xətt, İnqilab Məmmədov ehtiyat hakim qismində yardımçı olacaqlar.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar