Fransa klubunun prezidenti “Bakı”nın futbolçularını bəyəndi - FOTO
Azərbaycanda səfərdə olan Fransanın “Lans” futbol klubun prezidenti Lyuk Dayan, məşhur futbolçular Jan-Pyer Papen, Olivye Dakur və Erik Bruno “Bakı” futbol klubunun təlim məşq bazasını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, qonaqlar 17 yaşadək qadın futbolçular arasında dünya çempionatı iştirakçılarının məşqləri keçirdiyi meydançalarınla yaxından tanış olublar.
Həmçinin, qonaqlar yeni tikilən meydança, futbol akademiyası, mərhum prezident Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş muzey kompleksini, media mərkəzini də ziyarət ediblər. Əcnəbilər “Bakı”nın 17 yaşlılardan ibarət komandasının məşq prossesini də izləyiblər.
Qeyd edək ki, məşqi izləyərkən qonaqlar “Bakı”nın bir neçə oyunçusuna yüksək qiymət veriblər.

1044