Çempionlar Liqası: Pərdə açılır
18 sentyabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Pərdə açılır

Lent.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək.

Onların arasında İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları arasında D qrupunda baş tutacaq oyun daha böyük maraqla gözlənilir. Hər iki klub ötən mövsüm öz ölkələrinin çempionu olub.

Günün qarşılaşmaları:

A qrupu:

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Portu” (Portuqaliya)
Baş hakim:
Danielo Orsato (İtaliya)

PSJ (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim:
Byorn Keypers (Hollandiya)

B qrupu

“Monpelye” (Fransa) – “Arsenal” (İngiltərə)
Baş hakim:
Karlos Velasko Karbalyo (İspaniya).

“Olimpiakos” (Yunanıstan) – “Şalke” (Almaniya)
Baş hakim:
David Fernandes Borbalan (İspaniya).

C qrupu

“Malaqa” (İspaniya) – “Zenit” (Rusiya)
Baş hakim:
Mark Klattenburq (İngiltərə)

“Milan” (İtaliya) – “Anderlext” (Belçika)
Baş hakim:
Uilyam Kollam (Şotlandiya)

D qrupu

“Borussiya” (Almaniya) – “Ayaks” (Hollandiya)
Baş hakim:
Paolo Talğəvento (İtaliya).

“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim:
Damir Skomina (Sloveniya).

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar