DÇ-2012: Qambiya yığması Azərbaycana gəlib çıxa bildi - FOTO
17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatının açılışına 4 gün qalmış iştirakçı komandaların Azərbaycana gəlişi davam edir. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kanada, Kolumbiya və Çin milli yığmalarının ardından Qambiya və Nigeriya milli komandaları da artıq ölkəmizdədir.
Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çempionatın rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq qonaqları salamlayaraq gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra Qambiya və Nigeriya milli komandalarının oyunçuları və nümayəndə heyəti qrup halında şəkli çəkdiriblər. Kiçik fotosessiyanın ardından onlar böyük ruh yüksəkliyi ilə qalacaqları otellərə doğru yola düşüblər. Komandalar bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, daha öncə Qambiya yığmasının Azərbaycana gəlmək üçün lazım olan 2 milyon dalasi (təqribən 50 min manat) pul tapa bilmədiyi açıqlanmışdı.

1725