Dünyanın ən balaca bodibildinqçisi öldü - FOTO
18 sentyabr 2012 14:45 (UTC +04:00)

Dünyanın ən balaca bodibildinqçisi öldü - FOTO

Lent.az-ın “The Times of India”ya istinadən verdiyi məlumata görə, Romeo ləqəbli idmançı Pəncab ştatındakı Pxaqvara şəhərində bu gecə adətə uyğun olaraq yandırılıb.

Limkinin rekordlar kitabına düşmüş Adityanın boyu 80 santimetr, çəkisi 9 kq olub. O, öz bədən quruluşu müqabilində ciddi idman uğurlarına imza atıb. İdmançı bir əli ilə 3 kq-lıq qantel, uzanaraq 6 kq-lıq ştanqın öhdəsindən gəlib. Məşqçisi Rancit Pabla Romeonun ölümünü təkcə Pəncab ştatı deyil, bütün ölkə üçün əvəzolunmaz itki adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3437

Oxşar yazılar