Sumqayıt stadionunda 3 günə 3 matç
“Xəzər Lənkəran” futbol komandası növbəti 2 ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatının bir neçə oyununun “Xəzər Lənkəran” Mərkəzi Stadionuna salınmasıdır.
Cənub təmsilçisinin “Simurq”la IV turdan təxirə salınmış görüşü sentyabrın 20-də saat 17:00-da keçiriləcək. VI tur çərçivəsində “Bakı” ilə qarşılaşma isə sentyabrın 25-də eyni saatda başlanacaq.
Qeyd edək ki, eyni səbəbdən VI turda AZAL-la “İnter” arasındakı paytaxt derbisi də Sumqayıt şəhər stadionunda baş tutacaq. Bu oyun isə sentyabrın 23-də keçiriləcək. Eyni arenada “Sumqayıt” sentyabrın 24-də “Neftçi”ni qəbul edəcək. Bu isə o deməkdir ki, Mehdi Hüseynzadə adına stadionun təbii ot örtüyü 3 gün ərzində 3 matça “sinə gərəcək”.

1451