Rusiya yığmasının qapıçısı zədələndi
18 sentyabr 2012 12:35 (UTC +04:00)

Rusiya yığmasının qapıçısı zədələndi

Moskvanın “Dinamo” futbol klubunun və Rusiya milli komandasının qapıçısı Anton Şunin zədələnib. Lent.az-ın “Dinamo”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şunin son məşqlərdən birində xəsarət alıb.

Qolkiperin bərpasına 2 həftəyədək vaxt lazım gələcək. 25 yaşlı qapıçı oktyabrın 12-də Portuqaliya, bundan 4 gün sonra Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarınadək hazır ola bilər. Lakin formada olmasa belə, bu, Rusiya yığmasının oyununa ciddi təsir etməyəcək. Çünki komandanın əsas qapıçısı İqor Akinfeyevdir.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı Moskvadakı “Lujniki” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar