Azərbaycanlı futbolçuların sabiq baş məşqçisinin başını yardılar - FOTO
Türkiyənin “Elazığspor” futbol klubunun baş məşqçisi Bülent Uyqunun başı yarılıb. Lent.az-ın məlumatına görə, hadisə ötən gün “Beşiktaş”la Superliqa matçından sonra yaşanıb.
Bu barədə Uyqunun köməkçisi Bayram Bektaş açıqlama verib. O bildirib ki, tribunadan atılan yad əşya baş məşqçinin başını yarıb. Başından qan açılan Uyqun “Lig TV”nin canlı yayımına qatıla bilməyib. O, oyunsonrası açıqlamalar verməyə köməkçisini göndərib.
Qeyd edək ki, İstanbuldakı “İnönü” stadionunda keçirilmiş matçda “Beşiktaş” “Elazığspor”u darmadağın edib – 3:0. Bülent Uyqun əvvəllər azərbaycanlı futbolçulardan İlqar Qurbanovun “Sivasspor”da, Rəşad Sadıqovun isə “Eskişehirspor”da baş məşqçisi olub.

1413