Çempionlar Liqasında daha bir türkiyəli referi
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin “Bavariya” (Almaniya) – “Valensiya” (İspaniya) matçını türkiyəli baş hakim Fırat Aydınus idarə edəcək. Lent.az-ın məlumatına görə, Münhen şəhərindəki “Allianz Arena”da baş tutacaq qarşılaşma sentyabrın 19-da oynanılacaq.
Aydınusa Serkan Ok və Aleks Taşcıoğlu laynsmanlar, Tarık Ongun 4-cü hakim qismində yardım edəcəklər. Qapılar arxasındakı hakimlər isə Halis Özkahya və Barış Şimşək olacaq.
Qeyd edək ki, Fırat Aydınus ilk dəfə Çempionlar Liqasının qrup matçına təyinat alıb. Daha öncə Cüneyt Çakır da UEFA bayrağı altında keçirilən nüfuzlu yarışlarda oyunları idarə edib.

964