Azərbaycan Premyer Liqası: Bakı derbisi Sumqayıtda!
Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri Bakının AZAL komandası VI turda paytaxtın digər təmsilçisi “İnter”i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Bu haqda Lent.az-a AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, səbəb komandasının ev oyunlarını keçirdiyi “AZAL Arena”nın artıq 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı iştirakçılarının ixtiyarına verilməsidir. Paytaxtdakı digər stadionlar da mundiala qatılacaq yığmaların sərəncamında olacaq. Bu səbəbdən, AZAL rəhbərliyi Sumqayıt variantına üstünlük verib: “Böyük problem ondadır ki, növbəti turda “İnter”i öz meydanımızda qəbul edə bilməyəcəyik. Paytaxtdakı bütün stadionlar sentyabrın 18-dən dünya çempionatı iştirakçılarına veriləcək. Ona görə də Sumqayıt şəhər stadionunda oynamağa qərar vermişik. Amma məşq etməyə yerimiz müəyyənləşməyib. Bizə oyunlarımızı və hazırlıq prosesimizi Qəbələdə keçirmək də təklif olunmuşdu. Lakin imtina etdik. Çünki bir ayadək kənarda qalmağı əlverişli saymadıq. Ondansa qərara aldıq ki, öz bazamızda yığışaq və yaxınlıqdakı meydançalardan birinə məşqə yollanaq. Hərçənd, Bakıda hansı meydançada hazırlıq keçəcəyimizi hələ də bilmirik”.
Qeyd edək ki, 5 turdan sonra ehtiyatda bir oyunu olan AZAL 10 xalla 1-ci, “İnter” isə 8 xalla 4-cü pillədə qərarlaşıb.
Elşən MƏMMƏDOV

1412