Premyer Liqanın teleyayım məsələsi tezliklə həll olunacaq
15 sentyabr 2012 14:58 (UTC +04:00)

Premyer Liqanın teleyayım məsələsi tezliklə həll olunacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası matçlarının teleyayım məsələsi yaxın günlərdə tam həllini tapacaq. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.


O bildirib ki, hələlik V turun 2 oyunu – “Bakı” - “Turan” və “Neftçi” – “Xəzər Lənkəran” görüşləri “İdman Azərbaycan” telekanalı vasitəsilə ekranlara gətirilir: “Hazırda mən ölkə xaricindəyəm. Sentyabrın 16-da Bakıya döndükdən sonra teleyayım məsələsinin tam həlli istiqamətində işləri yekunlaşdıracağıq”.


Qeyd edək ki, Premyer Liqanın yayım hüququ bu mövsümdən PFL-ə verilib. Lakin ilk 4 turun heç bir oyunu yayımlanmayıb. Telekanallar bunu yayım hüququnun satışına yüksək məbləğdə - 500 min manat qiymət qoyulması ilə əlaqələndiriblər. PFL isə bütün bölgələrdən yayımların təşkil ediləcəyi halda, qiymətdə endirimə hazır olduğunu açıqlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar