Baş hakimi stadionda döyən futbolçu cəzalandırıldı
Portuqaliyanın “Benfika” futbol klubunun kapitanı Luizao 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Lent.az-ın məlumatına görə, 31 yaşlı mərkəz müdafiəçisi Almaniya “Fortuna”sı ilə yoldaşlıq görüşündə baş hakim Kristian Fişeri vurduğu üçün Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən cəzalandırılıb.
Ona 2,5 min avro cərimə də kəsilib. Luizaonun cəzası Portuqaliya çempionatı və ölkə kuboku matçlarına şamil ediləcək. Lakin təcrübəli futbolçunun Çempionlar Liqası oyunlarından da kənarda qalma ehtimalı var.
Qeyd edək ki, “Benfika” – “Fortuna” görüşü avqustun 11-də olub. Matçın gedişində referi Kriştian Fişer “Benfika”nın oyunçusu Xavi Qarsiya tərəfindən qayda pozuntusu aşkarlayıb. Bundan sonra Luizao Fişeri vurub. Baş hakim yerə sərilib. O, ayağa qalxdıqdan sonra oyunu dayandırıb. Referi mətbuata açıqlamasında zərbənin gücündən huşunu itirdiyini və xəstəxanaya yollandığını söyləyib. Luizao isə iddia edib ki, baş hakimə heç bir zərər yetirmək niyyətində olmayıb.

1951