Azərbaycan yığmasının baş məşqçiləri istefaya göndərildi
15 sentyabr 2012 10:53 (UTC +04:00)

Azərbaycan yığmasının baş məşqçiləri istefaya göndərildi

Bu haqda Lent.az-a əsas millimizin baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.

İmaməliyevin sözlərinə görə, hər iki mütəxəssis 2012-ci il London Yay Olimpiya Oyunlarında medal verə bilmədikləri üçün vəzifələrini itirib: “Onlar olimpiadadan medalla qayıdacaqlarına söz vermişdilər. Amma alınmadı. Bu səbəbdən, federasiyamızın rəhbərliyi cənubi koreyalılarla başa çatan müqaviləni uzatmadı”.

Qeyd edək ki, London Olimpiadasında Azərbaycanı Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) təmsil edib. Əzizov ikinci, Əzizova isə ilk döyüşdəcə uduzaraq, medalsız qalıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2480

Oxşar yazılar