“Real Madrid”in gəliri yarım milyard avronu keçdi
14 sentyabr 2012 19:04 (UTC +04:00)

“Real Madrid”in gəliri yarım milyard avronu keçdi

İspaniyanın “Real Madrid” klubunun 2011-2012-ci il mövsümündə mədaxili 514 milyon avro olub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ ötən mövsümdəkindən 7 faiz çoxdur.

Təmiz gəlir isə 24,2 milyon avro təşkil edib ki, bu da ötən maliyyə ilindən 23,3 faiz artıqdır. “Real Madrid” idman sənayesində 500 milyon avroluq gəlir həddini keçən ilk kluba çevrilib.

Ötən mövsüm “kral klubu” 480,2 milyon avro gəlir əldə edib. Qazanc isə 31,6 milyon avro olub. Klubun iyunun 30-a olan borcu isə 124,7 milyon avrodur ki, bu da ötən mövsümdəkindən 45 milyon avro azdır. Şəxsi kapital isə 9,6 faiz artaraq, 275,2 milyon avroya çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657

Oxşar yazılar