Azərbaycanlı futbolçu Rusiya yığmasındakı debütündən danışdı
Moskvanın “Lokomotiv” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya milli komandasının heyətində ilk rəsmi oyunundan razı qalıb. Lent.az-ın məlumatına görə, Səmədov sentyabrın 11-də İsraillə 2014-cü il dünya çempionatının seçmə qrup matçında meydana daxil olub.
O, 23-cü dəqiqədə başı yarılan Vladimir Bıstrovu əvəzləyib. 28 yaşlı yarımmüdafiəçi Bıstrovun zədələnməsinə təəssüflənsə də, ilk dəfə Rusiya millisində forma geyinməsini özü üçün çox mühüm olay adlandırıb. Onun sözlərinə görə, yığmada debütü daha yaxşı ola bilərdi, amma belə də normaldır.
Səmədov Rusiya millisinin yeni baş məşqçisi Fabio Kapellonu çox sərt və emosional mütəxəssis kimi dəyərləndirib: “Kapello matç zamanı daim oyunla yaşayır, oyunçulara, o cümlədən, mənə göstərişlər verir. O, heç də bütün hisslərini özündə saxlayan “dəmir adam” deyil”.
Qeyd edək ki, Aleksandr Səmədov Azərbaycan millisindən imtina etdikdən sonra Rusiya yığmasına çağırılmağa başlayıb. Lakin o, meydana ilk dəfə İsraillə matçda çıxıb. Görüş şimal qonşularımızın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Azərbaycan və Rusiya yığmaları 2014-cü il dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer alıblar.

1183