Dünya Çempionatı: Millimiz böyük hesabla uduzdu
12 sentyabr 2012 10:35 (UTC +04:00)

Dünya Çempionatı: Millimiz böyük hesabla uduzdu

Sentyabrın 11-də 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropada seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Lent.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi milli yığmamız seçmə mərhələdə keçirdiyi ikinci görüşdə Portuqaliya yığması ilə qarşılaşıb. Bakı vaxtı ilə 00:15-də başlayan görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Rəqib komandanın bir neçə dəfə qapımıza qol vurmaq şansını yığmamızın qapıçısı Kamran Ağayev nəticəsiz qoyub.

Qarşılaşmanın ikinci hissəsində isə Portuqaliya yığması qapımızdan 3 top keçirib. Oyunun 63-cü dəqiqəsində Valeri hesabı açıb. 85-ci dəqiqədə Poştika fərqi iki topa çatdırıb. Oyunun 88-ci dəqiqəsində isə Bruno Alveş 3-cü topu qapımızdan keçirib.

"DÇ-2014"ün seçmə mərhələsində baş tutan digər oyunların nəticəsi belə olub:

Yunanıstan - Litva: 2-0
İtaliya - Malta: 2-0
İrlandiya - Lüksemburq: 1-1
Belçika – Xorvatiya: 1-1
Polşa - Moldova: 2-0
Avstriya - Almaniya: 1-2
Macarıstan - Hollandiya: 1-4
Serbiya - Uels: 6-1
İsveç - Qazaxıstan: 2-0
San Marino – Monteneqro: 0-6
İsveçrə - Albaniya: 2-0
Slovakiya - Lixtenşteyn: 2-0
Bosniya və Herseqovina – Latviya: 4-1
Norveç - Sloveniya: 2-1
Bolqarıstan – Ermənistan: 1-0
Gürcüstan - İspaniya: 0-1
Rumıniya - Andorra: 4-0
Yunan Kipri – İslandiya: 1-0
İsrail - Rusiya: 0-4
Fransa – Belorus: 3-1
İngiltərə - Ukrayna: 1-1
Şotlandiya - Makedoniya: 1-1
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971

Oxşar yazılar