Türkiyənin iki futbol klubuna şok xəbər
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, UEFA borcları olan, futbolçularının pullarını ödəyə bilməyən 23 klubun alacağı mükafatları dondurub. Həmin klublar iyunun 30-a qədər bu barədə məlumatları UEFA-ya çatdırmalı və borclarını aradan qaldırmalı olsa da, bunu etməyib. 23 klub arasında Türkiyənin “Fənərbağça” və “Eskişehirspor” komandaları var. Türkiyə milli komandasının üzvləri Arda Turan və Əmrə Bələzoğlunun oynadığı İspaniyanın “Atletiko Madrid” klubunun və “Malaqa” komandalarının da bu siyahıya düşməsi sürpriz olmayıb. Bu komandalar son dövrlər ciddi maliyyə problemi ilə üzləşib.
1831