Belə ayrılıq olmaz...
Türkiyə futbolunun tanınmış simalarından olan qapıçı Rüşdü Rəçbər aktiv futbolla vidalaşıb. Lent.az-ın “htspor.com” saytına istinadən verdiyi məlumata görə, 39 yaşı olsa da, özünü yaxşı hiss etdiyini, daha 2 il “Beşiktaş” komandasının şərəfini qorumağa hazır olduğunu söyləyən Rüşdü Rəçbərin belə qərar verməsinin səbəbi “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanın sözləri olub.
Fikrət Orman telekanalların birinə müsahibəsində heyətdə 39 yaşlı qapıçı istəmədiyini bəyan edib. “Beşiktaş” komandası ilə müqaviləsi ötən mövsüm sona çatan Rüşdü Türkiyədə bir çox komanda tərəfindən istənsə də, o cümlədən xarici komandalardan da təklif alsa da, başqa komandalara getməyə müsbət yanaşmayıb və futbolla vidalaşıb. 2002-ci ildə dünya çempionatında, 2008-ci ildə Avropa çempionatında üçüncü yeri tutmuş Türkiyə yığmasının şərəfini qorumuş, “Fənərbağça” komandası ilə 5 dəfə, “Beşiktaş” komandası ilə 1 dəfə Türkiyə Superliqasında çempionluq yaşamış bu əfsanəvi qapıçı üçün vida oyununun keçirilməməsi isə daha çox diqqət çəkir...

Oxşar yazılar

“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26