Dünya Çempionatı: Azərbaycan heç-heçə, Türkiyə məğlubiyyətlə başladı
08 sentyabr 2012 11:32 (UTC +04:00)

Dünya Çempionatı: Azərbaycan heç-heçə, Türkiyə məğlubiyyətlə başladı

Lent.az-ın məlumatına görə, millimiz İsrail yığması ilə üz-üzə gəlib. Almaniyalı məşqçi Berti Foqsun rəhbərlik etdiyi yığmamız DÇ-2014-ün seçmə oyunlarına Bakıda Tofiq Bəhrəmov adına stadionda start verib.

Oyunun ilk hissəsində bərabər oyun olub və hesab açılmayıb. İkinci hissədə, 50-ci dəqiqədə yığmamızın qapıçısı Kamran Ağayevin kobud səhvinə görə hesab açılıb. Bir xal hesabı ilə geriləyən yığmamız 64-cü dəqiqədə hesabı bərabərləşdirib. Ruslan Abışovun hücumu qolla nəticələnib: 1:1.Bununla da yığmamız seçmə mərhələyə 1 xalla başlayıb.

Türkiyə yığması Hollandiya millisinə 2:0 hesabı ilə uduzub.
Sentyabrın 7-də keçirilən oyunların nəticələri belə olub:

A qrupu
Xorvatiya - Makedoniya - 1:0

Uels - Belçika - 0:2

B qrupu
Malta – Ermənistan - 0:1
Bolqarıstan - İtaliya - 2:2

C qrupu
Qazaxıstan – İrlandiya - 1:2
Almaniya – Farer adaları - 3:0

D qrupu
Estoniya - Rumıniya - 0:2
Andorra – Macarıstan - 0:5
Hollandiya – Türkiyə - 2:0

E qrupu
Albaniya - Kipr - 3:1
Sloveniya – İsveçrə - 0:2
İslandiya - Norveç - 2:0

F qrupu
Rusiya – Şimali İrlandiya - 2:0
AZƏRBAYCAN - İSRAİL - 1:1
Lüksemburq - Portuqaliya - 1:2

G qrupu
Lixtenşteyn – Bosniya və Herseqovina - 1:8
Litva - Slovakiya - 1:1
Latviya - Yunanıstan - 1:2

H qrupu
Çernoqoriya - Polşa - 2:2
Moldova – İngiltərə - 0:5

İ qrupu
Gürcüstan - Belarus - 1:0
Finlandiya – Fransa - 0:1

Qeyd edək ki, daha 2 oyun sentyabrın 8-də baş tutacaq. A qrupunda Şotlandiya – Serbiya, B qrupunda Danimarka – Çexiya matçları keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3496

Oxşar yazılar