Dənizkənarı Parkda Akademiya tikiləcək
Lent.az-ın Türkiyənin İstanbul şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qurumun 83-cü konqresindəki hesabat xarakterli çıxışında bildirib.
İllümjinov deyib ki, artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Şahmat Akademiyasının paytaxtın ən görkəmli yerlərindən birində inşasına dair razılıq əldə olunub. FİDE prezidenti ölkəmizdə “2009 – 2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı”nın imzalandığını da xatırladıb. Onun sözlərinə görə, bu proqram uğurla həyata keçirilir: “Artıq Azərbaycan şahmatçıları bir çox nailiyyətlərə imza atıblar”.
Ayrı-ayrı ölkələrə səfərləri zamanı təhsil nazirləri ilə də görüşməyə önəm verdiyini deyən İllümjinov bildirib ki, orta məktəblərdə şahmatın ayrıca dərslik kimi tədrisini də müzakirə edir. O, yaxın vaxtlarda Azərbaycanda şahmatın orta məktəb dərslikləri sırasına salınmasının nəzərdə tutulduğunu vurğulayıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01