Türk futbolunun acı günü: 26 yaşlı futbolçu öldü
05 sentyabr 2012 10:19 (UTC +04:00)

Türk futbolunun acı günü: 26 yaşlı futbolçu öldü

0
Türkiyə superliqasında çıxış edən “Əskişəhərspor” klubunun 26 yaşlı futbolçusu Ediz Bəxtiyaroğlu qəfil ölüb. Lent.az-ın htspor.com saytına istinadən verdiyi məlumata görə, gənc futbolçunun səhhəti anidən pisləşib və o, dünyasını dəyişib. Klubun rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, E.Bəxtiyaroğlu bu gecə vəfat edib. Klub futbolçunun ölümüm səbəbi ilə azarkeşlərə, onun doğmalarına, bütün futbolsevərlərə başsağlığı verib.

Qeyd edək ki, E.Bəxtiyaroğlu Bosniyalıdır. O, bu yay kluba transfer olunub. Məsələ ilə bağlı detallı məlumat gün ərzində veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5275

Oxşar yazılar