Çempionlar Liqası: “Fənərbağça” kənarda qaldı
30 avqust 2012 10:44 (UTC +04:00)

Çempionlar Liqası: “Fənərbağça” kənarda qaldı

Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulub. Lent.az-ın məlumatına görə, avqustun 30-na keçən gecə daha 5 qarşılaşma baş tutub. Azərbaycanlı azarkeşlərə də maraqlı olan qarşılaşmada “Fənərbağça” İstanbulda Moskva “Spartak”ı ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Fənərbağça” qrup mərhələsinə düşə bilməyib. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

Fransan çempionu "Lill", Şotlandiyadan “Seltik, Ukrayna təmsilçisi “Dinomo Kiyev” və Rumıniyanın son çempionu “Kluj” dünyanın ən titullu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, dünən keçirilən 5 oyunla qrup mərhələsinin daha 5 sahibi müəyyənləşib. Bunlar BATE (Belorus), "Dinamo" (Xorvatiya), "Braqa" (Prtuqaliya), "Malaqa" (İspaniya) və "Anderlext" (Belçika) klublarıdır.



29 avqust

Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları



“Fənərbağça” - “Spartak” (İlk oyun - 1:2) - 1:1

Qollar: Sou 69 - Ari 6





“Dinamo Kiyev” (Ukrayna) - “Borussiya Münhenqladbax” (Almaniya) (İlk oyun - 3:1) - 1:2

Qollar: İdeye 88 - Kaçeridi 70, Aranqo 78



“Seltik” (Şotlandiya) - “Helsinqborq” (İsveç) (İlk oyun - 2:0) - 2:0

Qollar: Hooper 30, Vanyama 88



“Kluj” (Rumıniya) - “Bazel” (İsveçrə) (İlk oyun - 2:1) - 1:0

Qol: Kapetanos 20



“Lill” (Fransa) - “Kopenhagen” (Danimarka) (İlk oyun - 0:1) - 2:0

Qollar: Diqne 43, Melo 105
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306

Oxşar yazılar