Çempionlar Liqası: Söz “Fənərbağça”nındır
Bu gecə Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulacaq. Lent.az-ın məlumatına görə, keçiriləcək oyunlardan sonra qrup mərhələsinə vəsiqə qazanmış daha 5 komandanın müəyyənləşəcək. Ən maraqlı oyun isə heç şübhəsiz Türkiyədə, “Fənərbağça” ilə Moskva “Spartak”ı arasında baş tutacaq. İlk oyunda ruslar 2:1 hesabı ilə qələbə qazanıb.
Digər cütlüklərdə isə Kiyev “Dinamo”su, həmçinin Şotlandiya çempionu “Seltik” və Rumıniya təmsilçisi “Kluj” daha şanslı görünür.
Bütün oyunlar saat 23:45-də başlayacaq.
“Fənərbağça” - “Spartak Moskva” (İlk oyun - 1:2)
“Dinamo Kiyev” - “Borussiya Münhenqladbax” (İlk oyun - 3:1)
“Seltik” - “Helsinqborq” (İlk oyun - 2:0)
“Kluj” - “Bazel” (İsveçrə) (İlk oyun - 2:1)
“Lill” (Fransa) - “Kopenhagen” (Danimarka) (İlk oyun - 0:1)
Qeyd edək ki, artıq BATE, “Malaqa”, “Braqa”, “Anderlext” və “Dinamo Zaqreb” qrup mərhələsinə vəsiqəni rəsmiləşdirib.

1511