Çempionlar Liqası: “Neftçi”nin qənimi yarı yolda qaldı
29 avqust 2012 12:15 (UTC +04:00)

Çempionlar Liqası: “Neftçi”nin qənimi yarı yolda qaldı

Avqustun 29-na keçən gecə Çempionlar Liqasında IV təsnifat mərhələsinin 5 cavab görüşü keçirilib. Lent.az-ın məlumatına görə, son Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarlaşdıran İsrailin “Hapoel Kryat Şimona” klubu qrup mərhələsinə düşə bilməyib. Onların qarşısını Belorus BATE-si kəsib. Bu nəticə ilə BATE həm də ardıcıl üçüncü dəfə dünyanın ən reytinqli klub turnirində qrup mərhələsinə adlayıb.

Bundan başqa “Anderlext”, “Braqa”, Zaqreb “Dinamo”su və “Malaqa” da qrup mərhələsinə vəsiqə qazanıb.


28 avqust


"Hapoel Kiryat Şmona” - BATE - 1:1

"Anderlext" (Belçika) - AEL (Kipr) - 2:0

"Udineze" (İtaliya) - "Braqa" (Portuqaliya) - 1:1 Penaltilərlə 4:5

"Maribor" (Sloveniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

"Panatinaikos" (Yunanıstan) - "Malaqa" (İspaniya) - 0:0
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2315

Oxşar yazılar