“Qalatasaray”ın sabiq futbolçusu vəfat edib - FOTO
24 avqust 2012 14:42 (UTC +04:00)

“Qalatasaray”ın sabiq futbolçusu vəfat edib - FOTO

Türkiyə milli komandasının və “Qalatasaray” klubunun sabiq futbolçusu Mətin Kurt vəfat edib. Lent.az-ın məlumatına görə, bir müddətdir, xəstəxanada müalicə olunan Kurt 64 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.



O, Türkiyə tarixinə tətil edən ilk idmançı kimi düşüb. 1976-cı ildə “Qalatasaray”da ikən Kurtun komandası Türkiyə Kubokunun finalında oynamaq hüququ əldə edib. Lakin kollektivə vəd edilən 10 min lirə mükafat ödənmədiyindən, futbolçu tətilə çıxıb.



Qeyd edək ki, Mətin Kurt solçu fəaliyyəti ilə də tanınıb. O, bir neçə il öncə İnqilabçı İdman Zəhmətkeşləri Sindikatını qurub. Futbolçu kimi 26 dəfə Türkiyə yığmasında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262

Oxşar yazılar