Engin Baytara daha bir şok
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Engin Baytar avtomobil qəzasına düşüb. Lent.az-ın məlumatına görə, hadisə gecə saat 24:00 radələrində baş verib. Dostu idarə etdiyi 34 VT 9907 nömrə nişanlı “BMW”də idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılaraq 3 dəfə aşıb. Sürücü ilə onun yanındakı Baytar möcüzəvi şəkildə yüngül yaralar alıblar. Baş və qolundan yaralanan oyunçu təcili xəstəxanaya yerləşdirilib. O, müalicə aldıqdan sonra gecə saat 02:50-də evinə buraxılıb.
Qəzadan xəbər tutan “Qalatasaray”ın idarə heyətinin üzvü Abdurrahim Albayrak və köməkçi-məşqçi Hasan Şaş xəstəxanaya gəliblər. Onlar futbolçunun durumu ilə maraqlanıblar. Albayrak Baytarın vəziyyətinin yaxşı olduğunu və bu gündən etibarən məşqə çıxa biləcəyini söyləyib.
Qeyd edək ki, Engin Baytar daha öncə “Fənərbağça” ilə Türkiyə Superkuboku matçında baş hakim Cüneyt Çakırın üzərinə hücum etdiyi üçün 11 oyunluq diskvalifikasiyaya məruz qalıb. Futbolçuya Nizam-İntizam Komitəsi tərəfindən 20 min lirə cərimə də kəsilib. “Qalatasaray” da ona cəza üzündən meydana çıxa bilməyəcəyi hər bir oyun üçün 15 min avro cərimə kəsib. Bu isə o deməkdir ki, 11 matçlıq cəza qarşılığında Enginin cəriməsi 165 min avro olacaq. Hər oyuna 15 min avro əməkhaqqıdan da məhrum olduğunu nəzərə alsaq, o, daha 165 min avro ziyana düşüb. Beləliklə, etdiyi intizamsızlıq üzündən oyunçu 330 min avro və 20 min lirə itirib.

1032