“Neftçi” azarkeşləri təxribata getməməyə çağırdı
“Neftçi” klubu Kipr APOEL-i ilə avqustun 23-də keçirəcəyi Avropa Liqasının ilk “pley-off” matçı öncəsi bəyanat yayıb. Lent.az-ın məlumatına görə, klub rəhbərliyi azarkeşləri diqqətli olmağa və baş verə biləcək hər hansı təxribata getməməyə çağırıb.
Bəyanatda deyilir: “Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Neftçi” tarixi sınaq ərəfəsindədir. Avroliqanın “pley-off” mərhələsində çıxış edən komandamız APOEL səddini keçəcəyi təqdirdə, qrup mərhələsinə vəsiqə qazanacaq. Klub olaraq məsuliyyətimizi anlayırıq. Məhz bu tarixdə Füzuli və Cəbrayıl rayonları erməni separatçıları tərəfindən işğala məruz qalıb. Qələbəyə aparan yolda “Neftçi”nin böyük azarkeş dəstəyinə ehtiyacı var. Belə bir gündə nəinki azarkeşlər, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı flaqman ətrafında birləşməlidir. Komandamızı dəstəkləməyə gələcək futbolsevərləri diqqətli olmağa və baş verə biləcək hər hansı təxribata getməməyə çağırırıq. İstənilən xoşagəlməz hal UEFA tərəfindən çox ciddi sanksiyaların verilməsi ilə nəticələnə bilər. Bu isə xalqımızı və dövlətimizi istəməyənləri sevindirəcək. İnanırıq ki, azarkeşlərimiz, ürəyi Azərbaycan futbolu ilə döyünən hər bir vətəndaşımız bu gün həmrəylik nümayiş etdirərək komandamızı layiqli bir şəkildə dəstəkləyəcək”.
Qeyd edək ki, “Neftçi” və APOEL 1995-1996-cı il mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində də üz-üzə gəlib. Həmin vaxt Nikosiyadakı görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Bakıdakı qarşılaşmada isə hesab açılmayıb – 0:0. Flaqman səfər matçında yerli azarkeşlərin qıcıq doğurucu siyasi təzyiqləri ilə üzləşib. Kiprli fanatlar tribunada Türkiyə bayrağını yandırıb və Ermənistan bayrağı dalğalandırıblar.

Oxşar yazılar

Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır
5 aprel 2025 , 09:42
Qadın futbolçularımız Litvanı məğlub etdi
5 aprel 2025 , 00:03
Dünyanın ən yaxşı 10 gənc futbolçusu - SİYAHI
4 aprel 2025 , 19:47
Kevin De Bruyne "Mançester Siti"dən gedəcəyini AÇIQLADI
4 aprel 2025 , 18:59
"Qəbələ" yenidən Premyer Liqada
4 aprel 2025 , 18:41
“Fənərbaxça”da Sergen Yalçın səsləri
4 aprel 2025 , 16:47
Müharibədə 470 ukraynalı idmançı həlak olub
4 aprel 2025 , 15:51