Azərbaycan Premyer Liqası: 3 günə 5 oyun
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunlarının vaxtı və keçirilmə yerləri açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti turda 6 qarşılaşmadan 5-i baş tutacaq. Lakin onlar 3 gün ərzində oynanılacaq. Lənkəran şəhər stadionunun təmirə dayanması ilə əlaqədar “Xəzər Lənkəran” – “Simurq” matçı təxirə salınıb. Digər tərəfdən, “Neftçi”nin AZAL-la səfər görüşü avqustun 25-dən 26-a keçirilib. Bu qərar verilərkən, flaqmanın Avropa Liqasının “pley-off” mərhələsində Kipr APOEL-i ilə oyunlara daha yaxşı hazırlaşması və eləcə də klubun PFL-ə rəsmi müraciəti nəzərə alınıb.
Tura avqustun 24-də “Qarabağ” – “Rəvan” matçı ilə start götürəcək. “Qaçqın komanda” paytaxt komandasını “Dalğa Arena”da qəbul edəcək. Əslində “Rəvan” bu stadionda ev oyunlarını keçirir. Amma bu dəfə paytaxt komandası öz evində qonaq olacaq. Görüş saat 20:00-a təyin edilib.
Ertəsi gün də 1 oyun olacaq. Tovuzda “Turan” “İnter”i qəbul edəcək. Matç saat 18:00-da başlanacaq.
Avqustun 26-da isə 3 oyun keçiriləcək:
19:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu.
20:00. “Bakı” – “Kəpəz” (Gəncə)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
20:15. AZAL (Bakı) – “Neftçi” (Bakı)
“AZAL Arena”.

966