Çempionlar Liqası: “Neftçi”ni darmadağın edənlər uduzdular
23 avqust 2012 10:58 (UTC +04:00)

Çempionlar Liqası: “Neftçi”ni darmadağın edənlər uduzdular

Futbol üzrə Çempionlar Liqasında “pley-off” mərhələsinin ilk matçlarına yekun vurulub. Lent.az-ın məlumatına görə, ikinci oyun gününün daha 5 görüşündə qonaqlar qələbəyə həsrət qalıb.



Meydan sahiblərinin qalib gəldiyi 4 qarşılaşmadan biri Belarusda BATE ilə “Neftçi”ni ötən mərhələdə üstələmiş İsrail “Hapoel”i arasında baş tutub. Azərbaycan çempionunun səfərdə 0:4 hesabı ilə darmadağın olduğu, evdə isə 2:2 hesablı heç-heçə etdiyi komanda BATE qarşısında aciz qalıb. Vitali Rodionovun hər iki hissədə vurduğu qollarla Belarus çempionu qələbəyə nail olub – 2:0.



“Malaqa” da İspaniyada Yunanıstan “Panatinaikos”unu eyni hesabla yenib. Kipr çempionu AEL Belçika “Anderlext”i ilə qarşılaşmada sensasiyaya imza atıb – 2:1. Zaqreb “Dinamo”su isə Xorvatiyada Sloveniya “Maribor”una eyni hesabla qalib gəlib. Yeganə heç-heçə Portuqaliyada “Braqa” ilə “Udineze” arasındakı görüşdə qeydə alınıb: Komandalar hərəyə 1 qol vurub.



Qeyd edək ki, “Anderlext” və Zaqreb “Dinamo”su da “Hapoel” kimi əvvəllər “Neftçi”ni Çempionlar Liqasında darmadağın ediblər. “Anderlext” 2005-2006-cı il mövsümündə 5:0, “Dinamo” isə 2011-2012-ci il mövsümündə 3:0 hesablı ev qələbəsinə sevinib.





22 avqust



“Braqa” (Portuqaliya) – “Udineze” (İtaliya) – 1:1

Qollar:
Qonsalveş Dos Santos, 68 – Duşan Basta, 23



“Malaqa” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 2:0

Qollar:
Martin Demikelis, 17. Eliseu, 34



BATE (Belarus) – “Hapoel” (Kiryat-Şmona, İsrail) – 2:0

Qollar:
Vitali Rodionov, 29; 78

Qırmızı vərəqə: Duşan Matoviç, 70 (“Hapoel”)



AEL (Kipr) – “Anderlext” (Belçika) – 2:1

Qollar:
Dossa Junior, 34. Rui Melo, 72 – Diömersi Mbokani, 62

Qırmızı vərəqə: Milan Yovanoviç, 75 (“Anderlext”)



“Dinamo” (Zaqreb, Xorvatiya) – “Maribor” (Sloveniya) – 2:1

Qollar:
Duje Kop, 10. Milan Badel, 74 – Milan Badel, 39-öz qapısına



21 avqust



“Spartak” (Moskva, Rusiya) – “Fənərbağça” (Türkiyə) – 2:1

Qollar:
Emmanuel Emenike, 59. Dmitri Kombarov, 69 – Dirk Kuyt, 65



“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Dinamo” (Kiyev, Türkiyə) – 1:3

Qollar:
Aleksander Rinq, 13 – Taras Mixalik, 28. Andrey Yarmolenko, 28. Lük de Yonq, 81-öz qapısına



“Kopenhagen” (Danimarka) – “Lill” (Fransa) – 1:0

Qol:
Sezar Santin, 38

Vurulmayan penalti: Dmitri Payet, 15 (“Lill”)



“Bazel” (İsveçrə) – ÇFR (Rumıniya) – 1:2

Qollar:
Marko Ştreller, 44 – Modu Suqu, 66; 71



“Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya) – 0:2

Qollar:
Kris Kommons, 2. Georgios Samaras, 75



Qeyd edək ki, cavab görüşləri 28-29 avqustda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608

Oxşar yazılar