Azərbaycanda top oynadan gürcü futbolçular cəzalandı
22 avqust 2012 17:40 (UTC +04:00)

Azərbaycanda top oynadan gürcü futbolçular cəzalandı

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”in gürcüstanlı legionerləri İlia Kandelaki və Baçana Tsxadadze, eləcə də “Xəzər Lənkəran”ın və Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev 2 oyunluq cəzalanıb.



Buna hər 3 futbolçunun aqressiv hərəkətləri səbəb olub. Eyni zamanda “İnter”ə 4000 manat, “Xəzər Lənkəran”a 2000 manat cərimə kəsilib. Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün “İnter” daha 3000 manat ziyana düşüb. Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1480

Oxşar yazılar