Erməni şahmatçı: “Azərbaycan son illərdə güclənib”
22 avqust 2012 16:01 (UTC +04:00)

Erməni şahmatçı: “Azərbaycan son illərdə güclənib”

Lent.az-ın məlumatına görə, Aronyan “news.am”a müsahibəsində Ermənistan millisinin əsas rəqibləri sırasında ölkəmizin də adını çəkib. O bildirib ki, son illər Azərbaycan yığması da ən güclülər sırasına əlavə olunub: “Favoritlər isə həmişəki kimi Rusiya, Ukrayna, ABŞ, İsrail və Çindir”.


Aronyan iddiaçılar turnirinin Bakıda keçirilməsinə etiraz etdiyi halda, İstanbulda oynamağa məmnuniyyətlə razılıq verib. Onun sözlərinə görə, Bakı və İstanbul fərqli-fərqli şəhərlərdir. Erməni şahmatçı hətta Türkiyənin ən böyük şəhərinə komanda yoldaşlarından tez yollanacağını bildirib: “Biz İstanbulda oynamağı sevirik və orada daha yaxşı çıxış etmək arzusu baş qaldırır. Yarışa hamıdan tez yollanıram. Şəhəri öyrənməyi, onun atmosferi ilə yüklənməyi sevirəm”.


Qeyd edək ki, sayca 40-cı dəfə keçiriləcək Şahmat Olimpiadasına sentyabrın 10-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437

Oxşar yazılar