“Qəbələ” “Neftçi” üçün kabusa çevrilib
“Qəbələ” klubu avqustun 18-i futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq. Lent.az-ın məlumatına görə, indiyədək yalnız ölkə çempionatında qarşılaşan rəqiblərin duellərində “Neftçi” öndədir.
Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində 21:14 hesabı ilə üstün olan paytaxt təmsilçisinin uğurlu oyunları Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi təyin olunana kimi davam edib. Bu postdakı debüt oyunu çempiona qarşı olan türkiyəli mütəxəssis elə ilk cəhddən “Neftçi” üzərində qələbənin sevincini yaşayıb. Bundan sonra “Qəbələ” çempion üçün kabusa çevrilib. Rəqibini hətta 4:1 hesabı ilə darmadağın etməyi də bacaran əyalət komandası ötən mövsümün son oyununda doğma azarkeşləri önündə çempionluğu bayram etmək istəyən bakılıların sevincini “korlayıb”. Bir sözlə, Kavlakın komandası bu rəqibə qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanıb. Əgər Kavlak növbəti görüşdən də qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə - pokerə imza atacaq.
Baş məşqçi klubun rəsmi saytına açıqlamasında yenə oyuna iddialı yollanacaqlarını bildirib. “Qəbələ”nin matça tam hazır olduğunu söyləyən baş məşqçi “Neftçi”nin güclü olduğunu, lakin paytaxtdan istədikləri nəticə ilə dönəcəklərinə inandığını söyləyib: “Rəqibin gücü haqda əlavə sözə ehtiyac yoxdur. Onlar son iki mövsümün çempionudurlar. Çempionlar Liqasına uğurlu start versələr də, növbəti mərhələdə bu turnirlə vidalaşmalı oldular. Premyer Liqanın startı da rəqibimiz üçün uğurlu alınmadı. Heyətdə də bəzi dəyişikliklər oldu. “Neftçi” bizimlə oyuna çox ciddi hazırlaşıb. “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanıb Avropa Liqasının “pley-off” matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər. Biz də oyuna ciddi hazırlaşmışıq. Heyətimizdə itki yoxdur. Paytaxta maksimum nəticə üçün gedirik. İnanıram kı, Bakıdan istədiyimiz nəticə ilə dönəcəyik”.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59