İkiqat olimpiya çempionu 5-ci olimpiadasında iştirak edəcək
17 avqust 2012 15:27 (UTC +04:00)

İkiqat olimpiya çempionu 5-ci olimpiadasında iştirak edəcək

0
Şüvüllə tullanma üzrə qadınlar arasında ikiqat olimpiya çempionu Yelena İsinbayeva karyerasını davam etdirməyi qərara alıb. Lent.az-ın məlumatına görə, 28 yaşlı rusiyalı idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşacaq.

Bu, İsinbayevanın karyerasında 5-ci olimpiada olacaq. Təcrübəli atlet 2012-ci il London olimpiadasında bürünc medalla kifayətlənib. O, karyerasını yüksəklikdə başa vurmaq istədiyini söyləyib: “Mən idmandan məğlubiyyətlə yox, başıuca getmək istəyirəm. Lakin London olimpiadasındakı bürünc medal mənə bunu etmək imkanı vermir. 2016-cı ildə Rioda da çıxış etmək arzum böyükdür. Orada hər şeyimi qaytarmaq və idmanla vidalaşmaq istəyirəm”.

İsinbayeva 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında da iştirak edəcək. O, 2016-cı il olimpiadası barədə də eyni təminatı vermək istədiyini söyləyib: “Növbəti olimpiadayadək 4 ilim var. Ümidvaram ki, sağlamlığım 5-ci olimpiadada iştirakıma icazə verəcək”.

Qeyd edək ki, Yelena İsinbayeva 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1512

Oxşar yazılar