Azərbaycan Premyer Liqası: Daha bir məsul oyun gənc referiyə tapşırıldı
17 avqust 2012 13:11 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: Daha bir məsul oyun gənc referiyə tapşırıldı

0
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, gənc referi Əliyar Ağayev daha bir məsul qarşılaşmaya təyinat alıb.

Ötən tur “Qarabağ” – “Neftçi” matçını idarə etmiş Ağayev bu dəfə “İnter”lə “Xəzər Lənkəran”a arasındakı görüşün baş hakimi olacaq.

18 avqust (şənbə)

19:00. “Simurq” (Zaqatala) – “Turan” (Tovuz)
Hakimlər: Məmmədov Orxan, Əliyev İlham, Məmmədov Rza, Həsənov Fuad
Zaqatala şəhər stadionu

18:00. “Kəpəz” (Gəncə) – AZAL (Bakı)
Hakimlər: Əliyev Vüsal, Əsədov Ramiz, Zeynalov Zeynal, Əhmədov Tahir
Gəncə şəhər stadionu

18:00. “Neftçi” (Bakı) – “Qəbələ”
Hakimlər: Salmanov Anar, Abbasov Yaşar, Haşımov Mübariz, Cabbarov Rauf
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

20:00. “Rəvan” (Bakı) – “Bakı”
Hakimlər: Həsənov Rəhim, Əsgərov Azər, Əliyev İsgəndər, Fərhadov Teymur
“Dalğa Arena”

19 avqust (bazar)

18:00. “Sumqayıt” – “Qarabağ” (Ağdam)
Hakimlər: Məmmədov Elçin, Ramazanov Rahil, Əliyev Nahid, Məmmədov İnqilab
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:30. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Ağayev Əliyar, Mahmudov Mehman, Abdullayev Munis, Əsgərov Elvin
“AZAL Arena”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1578

Oxşar yazılar