Olimpiya çempionu radara düşdüyü üçün 319 manat cərimələndi
Lent.az-ın məlumatına görə, bu barədə 24 yaşlı olimpiya çempionunun özü açıqlama verib.
O bildirib ki, Konya şəhərində dəvət olunduğu tədbirə vaxtında yetişmək üçün avtomobilini sürətlə idarə edib. Nəticədə 160 km saat sürətlə 2 dəfə radara düşüb. Bu səbəbdən, polislər tərəfindən saxlanıldığını deyən Tazegül 638 lirə (təxminən 300 manat) cərimə ödədiyini bildirib: “Polislər məni tanıdılar və “Səninlə qürur duyuruq. Amma cərimə yazmaq məcburiyyətindəyik” dedilər. Üst-üstə 638 lirə cərimə ödədim. Narazı deyiləm, amma sürəti tədbirə vaxtında çatmaq üçün artırmışdım”.
Qeyd edək ki, Sərvət Tazegül 68 kq çəki dərəcəsində olimpiya çempionluğundan əlavə, dünya və 3 qat Avropa çempionu olub. O, Qarsda yaşayan azərbaycanlı ailəsində dünyaya gəlib.

3998