Böyükağa Hacıyev: “Həkimlər icazə vermirlər” - MÜSAHİBƏ
Hazırda müalicə olunan “Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:
- Özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, özümü yaxşı hiss edirəm. Moskvada əməliyyat olunduqdan sonra səhhətimdə müsbətə doğru böyük dəyişiklik baş verdi. Müalicəmin yüksək səviyyədə təşkili klub prezidenti Sadıq Sadıqovun qayğısı sayəsində oldu. Hər gün klub nümayəndələri gəlib baş çəkirlər. Hər kəsə minnətdaram. İndi palata şəraitində müalicə olunuram. Həkimlər bərpa prosesini uğurla keçdiyimi deyirlər. Yəqin bu həftənin sonuna kimi evə buraxılacağam və komandanın yanında olacağam.
- Çempionlar Liqasındakı oyunlarda komandanın yanında ola bilmədiniz. “Neftçi”inin göstərdiyi oyun sizi qane etdimi?
- “Zestafoni” ilə qarşılaşmada komandamız yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı Avstriyada olarkən hazırlaşmışdıq. Orada Gürcüstan komandasının oyununu da canlı izləmişdik və qeydlərimizi aparmışdıq. “Hapoel”lə qarşılaşmada isə ilk 35 dəqiqədə istədiyimiz futbolu oynadıq. Bundan sonra müdafiədə kobud səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Cavab oyununda isə bu məğlubiyyətin əvəzini çıxmaq çox çətin idi.
- “Neftçi” Avropa Liqasının “pley-off” mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Bu rəqib haqqında nə deyə bilərsiniz?
- Rəqibimiz təcrübəli futbolçulardan qurulub. Ötən mövsüm Çempionlar Liqasında ¼ final mərhələsinə qədər irəlilədilər və “Real Madrid” kimi güclü kluba məğlub olaraq mübarizəni dayandırdılar. APOEL-in oyunlarının videoyazısını izləyirəm və bu barədə məşqçilərlə söhbətimiz olub. Həkimlər icazə vermirlər deyə bu qarşılaşmalarda komandanın yanında ola bilməyəcəyəm, amma ürəyim onlarla birgədir.
- Kipr klubuna qarşı ilk matçı evdə keçirəcəyik. Azarkeş dəstəyi “Neftçi”nin uğurunda böyük rol oynaya bilər?
- Mən inanıram ki, azarkeşlər APOEL-lə qarşılaşmada komandamızı tək qoymayacaqlar. “Zestafoni” ilə görüşdə futbolsevərlər arenanı doldurmuşdu. İnanıram ki, bu dəfə də belə olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm. Qoy gəlsinlər və dəstək olsunlar. Rəqibin kimliyindən asılı olmayaraq, “Neftçi” meydana qələbə üçün çıxacaq.

1643