“Xəzər Lənkəran”da 2 yeni qolçu
Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda “Kəpəz”lə oyun “Xəzər Lənkəran”ın 4 futbolçusunun 1 matçda qol vurması ilə əlamətdar olub. Lent.az-ın məlumatına görə, rəqib qapısına yol tapan bu oyunçulardan 2-si üçün isə qol xüsusi önəm kəsb edib.
Roberto Alviz və Ruslan Abışov üçün gəncəlilərin qapısından keçirdikləri toplar ilk kimi tarixə düşüb. Artıq “Xəzər Lənkəran”ın heyətindəki qol hesabını bu matçadək açan Abışov əvvəllər avrokuboklarda qol sevinci yaşayıb. Bu dəfə isə o, ağ-yaşıl formada ilk çempionat qolunu vurub.
Xorvatiyalı legioner isə nəinki çempionatda, ümumiyyətlə “Xəzər Lənkəran”da qol vurmamışdı. Alvizin topu onun “ağ-yaşıl” klubdakı ilk qolu olub. O, “Xəzər Lənkəran” tarixində qol sevinci yaşayan 74-cü oyunçudur. “Kəpəz”lə görüşədək 73 futbolçu klub tarixində, 66-sı isə çempionat oyunlarında fərqlənib. Alvizlə Abışov çempionatda ilkə imza atmaqla sonuncu rəqəmi 68-ə çatdırıb.

1440