“Neftçi” və APOEL arasındakı oyunların baş hakimləri məlum oldu
15 avqust 2012 12:25 (UTC +04:00)

“Neftçi” və APOEL arasındakı oyunların baş hakimləri məlum oldu

Futbol üzrə Avropa Liqasında “Neftçi” klubunun Kipr APOEL-i ilə keçirəcəyi hər iki oyunun baş hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, avqustun 23-də Bakıda baş tutacaq oyuna polşalı referi Robert Malek təyinat alıb.

Bir həftə sonra Nikosiya şəhərində təşkil olunacaq qarşılaşmanı isə fransalı Said Ennjimi idarə edəcək.

Qeyd edək ki, ilk oyun Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlanacaq. GSP stadionunda baş tutacaq cavab matçının start fiti isə Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar