Azərbaycan hakimləri İspaniya millisinin oyununa təyinat aldı
Lent.az-ın məlumatına görə, bu təyinat AFFA ilə İspaniya Futbol Federasiyası (İFF) arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.
İFF AFFA-ya rəsmi müraciətində sentyabrın 7-də Pontevedra şəhərindəki “Pasaron” stadionunda Səudiyyə Ərəbistanı ilə keçirəcəkləri yoldaşlıq oyununu azərbaycanlı hakimlərin idarə etməsini istəyib. AFFA müraciəti müsbət cavablandırıb. Görüşə baş hakim qismində Salmanov göndəriləcək. Ona beynəlxalq dərəcəli laynsmanlar Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.
Qeyd edək ki, İspaniya millisi 2008 və 2012-ci il Avropa çempionatlarının, eləcə də 2010-cu il dünya çempionatının qalibi olub.

1545