Berti Foqtsdan narazılıqlar
Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis yığmamızın avqustun 15-də Bəhreynlə keçirəcəyi yoldaşlıq oyununa hazırlıq barədə danışıb.
O, sabahkı görüşün 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi öncəsi son sınaq adlandırıb: “Hazırlıq haqda nəsə demək çətindir. Bu, rəsmi oyun öncəsi son sınaqdır. Biz çox şadıq ki, belə bir fürsət ələ düşüb. Bəhreyn və sentyabrın 7-də rəsmi matçda rəqibimiz olacaq İsrail yığmaları səviyyəcə eyni olmasa da, bu oyunun keçirilməsi yaxşı haldır”.
Oyun öncəsi keçirilən məşq prosesindən razı qaldığını deyən Foqts hava şəraitindən şikayətlənib: “Biz saat 18:00-da oynayacağıq. Bu, çox tezdir. Başa düşmürəm, nəyə görə belə isti havada oynamalıyıq? Amma Yaxşı hazırlıq keçmişik və sabahkı oyunu həvəslə gözləyirik. Bu heyətlə və bizə qoşulacaq daha bir neçə futbolçu ilə İsrail və Portuqaliya yığmalarına qarşı matçlarda oynayacağıq”.
Almaniyalı mütəxəssisi narazı salan daha bir məqam “Neftçi” və “Xəzər Lənkəran”ın hərəyə 6 futbolçusundan, o cümlədən, yığma üzvləri Kamran Ağayevlə Rail Məlikovdan imtinası olub. Onun fikrincə, bir səhvə görə futbolçunu heyətdən kənarlaşdırmaq düzgün deyil.
Qeyd edək ki, Bəhreynlə görüşün Mərdəkandakı “Dalğa Arena”da saat 21:00-da təşkili nəzərdə tutulmuşdu. Lakin Bəhreyn tərəfi süni örtüklü meydanda oynamaq istəmədiyini bəyan edib. Ona görə də görüş hələlik beynəlxalq standartlara cavab verən yeganə təbii örtüklü arenaya – İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna salınıb. Lakin bu stadionda süni işıqlandırma sistemi olmadığından, matç gündüz vaxtına – saat 18:00-a təyin edilib.
Elşən MƏMMƏDOV

1204