“Qızıl top”a 3 namizəd qaldı
2011-2012-ci il mövsümündə UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçularına verilən “Qızıl top”a namizədlərin sayı 3-ə enib. Lent.az-ın məlumatına görə, bunlar İspaniya “Barselona”sında çıxış edən Andres İnyesta və Lionel Messi, eləcə də İspaniya “Real Madrid”inin formasını geyən Kriştianu Ronaldudur.
UEFA üzvü olan 53 milli assosiasiyanın eyni sayda jurnalist təmsilçisi 32 nəfərlik ilkin siyahını 3-dək qısaldıb. Yekun səsvermə avqustun 30-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində baş tutacaq. Jurnalistlər 3 namizədə birbaşa efirdə elektron sistem vasitəsilə səs verəcəklər. İlkin mərhələdə isə hər bir yazar 5 ən yaxşı futbolçunu açıqlayıb. Birinci yerə 5, ikinciyə 4, üçüncüyə 3, dördüncüyə 2, beşinciyə 1 xal verilib. Artıq 4 – 10-cu yerlərin sahibləri məlumdur:
4. Andrea Pirlo (İtaliya) – “Yuventus” (90 xal)
5. Xavi Ernandes (İspaniya) – “Barselona” (57)
6. İker Kasilyas (İspaniya) – “Real Madrid” (53)
7. Didye Droqba (Kot d İvuar) – “Çelsi” - “Şanxay Şenxua” (31)
8-9. Petr Çex (Çexiya) – “Çelsi” (14)
8-9. Radamel Falkao (Kolumbiya) – “Atletiko” (14)
10. Məsut Özil (Almaniya) – “Real Madrid” (10)

1461