Qazaxıstanda 300 kq-lıq medal abidəsi
14 avqust 2012 14:48 (UTC +04:00)

Qazaxıstanda 300 kq-lıq medal abidəsi

Qazaxıstanın Almatı şəhərində qeyri-adi abidə ucaldılacaq. Lent.az-ın məlumatına görə, abidə 2012-ci il London Yay Olimpiya Oyunları mükafatçılarının şərəfinə 300 kq-dan çox çəkiyə malik dəmir medaldan ibarət olacaq.

Medal Baluan Şolak adına İdman Sarayı qarşısındakı meydanda qurulacaq. Abidənin qurulma və açılış mərasiminə olimpiada mükafatçılarının özləri qatılacaqlar. Tədbir “Olimpiya qızılı” aksiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, London olimpiadasında Qazaxıstan idmançıları 7 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıblar. Ölkə medal sıralamasında 12-ci yeri tutub. Qızıl medallardan 4-ünə ağırlıqqaldıranlar sahib çıxıb. Habelə boks, atletika, güləş və velosiped idmanında da medallar əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586

Oxşar yazılar