“Qarabağ”ın futbolçusu Azərbaycan millisindən kənarlaşdırıldı
Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb yarımmüdafiəçinin zədəli olmasıdır.
Yığmamız hazırda Bəhreynlə avqustun 15-də keçirəcəyi yoldaşlıq görüşünə hazırlaşır. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq oyun saat 18:00-da başlanacaq. Matç “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

1361