SOCAR Türkiyə Liqasına sponsorluq təklifi aldığını təsdiqlədi - EKSKLÜZİV
13 avqust 2012 19:56 (UTC +04:00)

SOCAR Türkiyə Liqasına sponsorluq təklifi aldığını təsdiqlədi - EKSKLÜZİV

0
Bu haqda Lent.az-a Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlama verib.

O bildirib ki, çempionatın yayım hüququna malik TRT tərəfindən həqiqətən də SOCAR-ın Türkiyə nümayəndəliyinə belə bir təklif gəlib: “Amma hələlik nə nümayəndəliyimiz, nə də SOCAR-ın özündə bu məsələyə baxılmayıb”.

Qeyd edək ki, “Vatan” qəzeti “Bank Asya”nın imtinasından sonra TRT-nin I Liqaya yeni titul sponsoru tapmaq üçün fəaliyyətə başladığını, mümkün namizədlər arasında isə “Türk Telekom”, “Halk Bank”, “Vakıflar Bankası” və SOCAR-ın olduğunu yazıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2271

Oxşar yazılar