Olimpiada-2012: Fiasko istefalarla nəticələndi
Lent.az-ın məlumatına görə, Bayram Özdəmir və Salih Yılmaz istefa ərizələrini Türkiyə Güləş Federasiyasına təqdim ediblər.
Yılmaz deyib: “Olimpiadada uğursuz olduq. Bunu gizlətməyin heç kimə xeyri yoxdur. Mən və Özdəmir istefa verdik. Hazırda Londonda olan daha 8 məşqçi isə Türkiyəyə qayıtdıqdan sonra qərar verəcək. Ortada bir uğursuzluq var və lazımi addım atmaq lazımdır”.
Qeyd edək ki, London olimpiadasında Türkiyə pəhləvanlarından yeganə medalı yunan-Roma güləşçisi Rza Kayaalp qazanıb. O, 120 kq çəki dərəcəsində bürünc medala sahib olub. Qardaş ölkənin yunan-Roma güləşi üzrə yığma komandasının əvvəlki baş məşqçisi hazırda Azərbaycan millisinə rəhbərlik edən Salih Bora olub. Bora 20 ildən çox Türkiyə yığmasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. 2011-ci il dünya çempionatı öncəsi qan dəyişikliyinə ehtiyac duyulduğunu bildirən Türkiyə Güləş Federasiyası onun köməkçiləri ilə yolları ayırmaq qərarına gəlib. Uzun müddətdir komandası ilə birgə çalışan Bora buna etiraz əlaməti olaraq istefa verib. Onun rəhbərliyi altında Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası 2008-ci il Avropa 3-cülüyünə, 2009-cu il dünya çempionluğuna, 2010-cu ildə Avropa və dünya 2-ciliyinə nail olub.

4234